Xəbərlər

Universitetdə ekologiya işçilərinin peşə bayramı ilə bağlı tədbir keçirilib
23 may, 2016 12:10

IB Club Sumqayıt, Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzinin və Ekologiya və Təbiətdən İstifadə kafedrasının birgə təşkilatçılığı ilə 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibəti ilə Sumqayıt Dövlət Universitetində elmi-praktiki konfrans keçirilib.

ERtv.Az xəbər verir ki, konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi idarəsinin nümayəndəsi Elmar Musayev çıxış edərək ölkədə aparılan ekoloji siyasətin mühüm tərkib hissələrindən söz açıb.

Sumqayıt Ekoloji Tərbiyyə və Təcrübəçilik Mərkəzinin rəhbəri Emilya Səfərəliyevanın təqdimatında həyata keçirilən seminarda Milli Təhsil Konsepsiyasında da gənc nəslin ekoloji təhsil və tərbiyəsinə xüsusi diqqət yetirilirdiyini vurğulanıb.

E.Səfərəliyeva ekoloji maarifçiliyə böyük ehtiyac olduğunu qeyd edərək hər kəsin müəyyən ekoloji biliklərə yiyələnməli, əhalidə ekoloji dünyagörüş formalaşmalı, təhsilin ayrı-ayrı pillələrində ekoloji təlimin həyata keçirilməsi təmin edilməli olduğunu vurğulayıb.

Tədbirdə IB Club Sumqayıtın layihələr üzrə meneceri Rauf Əliyev, Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzinin rəhbəri Zahid Bünyadov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 sayl ərazi idarəsinin rəsmiləri və Ekologiya və Təbiətdən İstifadə kafedrasının tələbə və müəllim heyəti iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı 2007-ci il 16 may tarixində Cənab Prezident İlham Əliyev tərəfindən  imzalanmış Sərəncama əsasən hər il may ayının 23-ü qeyd olunur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.