Xəbərlər

Valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edilib
23 may, 2016 12:09

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə daxil olan müraciət əsasında, Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə yönümlü kurslar təşkil olunub.

ERtv.Az xəbər verir ki, 21 şagirdin iştirak etdiyi kurslarda Quba peşə liseyinin müəllimləri tərəfindən nəzəri və praktik dərslər keçirilib.

Təlimlər uşaqların istedad və bacarıqlarına uyğun olaraq aşpaz, saç ustası, avtomexanik, tibb bacısı, rəssam və digər ixtisaslar üzrə təşkil olunub.

İnternat məktəbinin 5 şagirdi təlim kurslarında yaradıcılığa üstünlük verib. Onlar muncuqlardan, sapdan tikmələrlə əl işlərinin və rəssamlığın sirlərini öyrəniblər. Yeniyetmələr əsasən vətənpərvərlik və təbiət  mövzusunda əsərlər üzərində çalışıblar. Bu kursu bitirən şagirdlər əl işlərini sərgiyə təqdim etməyi planlaşdırır.

Eyni zamanda, internat məktəbinin 3 yetirməsi mühərrik üzrə mexanik və  elektrotexnik peşəsini seçiblər. Gənclər XXI əsrin yeni texnologiyaların inkişafı dövrü olduğunu nəzərə alaraq bu sənətə üstünlük veriblər.

Qeyd edək ki, kurs müddətində hər bir iştirakçı öyrəndiyi bilikləri həm də öz sahələri üzrə praktik saatlarda nümayiş etdirmək şansı qazanıb.  

Əldə olunan bilikləri inkişaf etdirmək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən kursu bitirən şagirdlərin hər birinə seçdikləri peşə yönümünə uyğun hədiyyələr də təqdim edilib.

Qeyd edək ki, regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi üzrə layihələrin həyata keçirilməsi RİİB-in əsas fəaliyyət istiqamətlərindəndir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.