Futbolçunun başı rəqibin dizinə dəydi və öldü
24 may, 2016 11:03
Argentinada futbol matçı zamanı ölüm hadisəsi baş verib.
ERtv.Az Apasport.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə Regional Liqada “San Xorxe” ilə “Defensores Kolon” arasında baş tutan qarşılaşmada qeydə alınıb.
Matçın gedişində ayağı sürüşən “San Xorxe”nin oyunçusu Mikael Favrenin başı rəqib oyunçunun dizinə dəyib. 24 yaşlı argentinalı huşunu itirib və dərhal xəstəxanaya aparılıb. Lakin həkimlər Favrenin həyatını xilas edə bilməyiblər.
Hadisədə günahkar bilinən “Defensores Kolon”un iki oyunçusu dindirilmək üçün polis bölməsinə aparılıb.