Xəbərlər

Haşimilər Krallığında Azərbaycan diplomatiyasının tarixindən bəhs edən kitab - Fotolar
24 may, 2016 11:05

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin müşaviri Hüseyn Rəhimlinin “XVIII əsrin sonunda, XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya və bölgə dövlətləri (Türkiyə və İran) ilə diplomatik əlaqələri” kitabı Əmmanda ərəb dilində işıq üzü görüb.

ERtv.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan diplomatiyasının tarixinə həsr edilib. 

Kitabda göstərilən dövr ərzində regionda cərəyan edən proseslər, o cümlədən Nadir şahın qurduğu dövlətin süquta uğramasından sonra Azərbaycanda yaranan gərgin vəziyyət, Azərbaycan xanlıqları ilə qonşu dövlətlər - Türkiyə, Rusiya və İran arasında əlaqələrin inkişafı, bir sıra nüfuzlu Azərbaycan xanlarının, xüsusilə qubalı Fətəli xanın apardığı fəal xarici siyasət və vahid Azərbaycan dövlətinin yaradılması cəhdləri yer alıb.

Həmçinin Avropa diplomatiyası və bölgənin əsas oyunçuları tərəfindən Cənubi Qafqazı ələ keçirmək planlarının bəzi məqamları öz əksini tapıb.

Girişdə oxucularla fikirlərinin paylaşan krallıqda nüfuzlu siyasi-ictimai xadim, sabiq Baş nazirin müavini, dəfələrlə nazir postunu tutmuş hazırda isə İordaniya parlamentinin üzvü, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri olan Mərvan Hmud kitabın ərəb dilində nəşr edilməsinin sıravi iordaniyalılara dost və qardaş ölkənin şanlı tarix səhifələri ilə tanış olmaq üçün imkan verdiyini, habelə xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyini bildirib.

O, hazırda bu münasibətlərin möhkəmlənməsində hər iki ölkənin dövlət başçılarının – Prezident İlham Əliyevin və Əlahəzrət Kral II Abdullahın oynadığı rolu yüksək qiymətləndirib".

Şübhəsiz ki, kitabda öz əksini tapmış tarixi faktlar XVIII əsrin sonunda, XIX əsrin əvvəllərində Cənubi Qafqazda yaranan çətin tarixi dövrün öyrənilməsində ərəbdilli oxuculara kömək göstərəcək”, - deyə Mərvan Hmud bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.