Nazir: "Hökumət 2015-ci ilin ortalarından qənaət rejiminə keçib"
20 may, 2016 12:22
2015-ci ildə dünya üzrə iqtisadi artım göstəriciləri pişləşməyə doğru gedib.
ERtv.Az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 20-də keçirilən iclasında "2015-ci iln dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov dilə gətirib.
Nazir qeyd edib ki, bunun Azərbaycan iqtisadiyyatına da müəyyən təsirləri olub:
"Bank sektorunun maliyyə dayanıqlığı zəifləyib. Bütövlükdə isə əsas öhdəliklərin maliyyə təminatına nail olunub. İcmal büdcənin gəlirləri 18, 4 milyard manat, xərcləri isə 21 milyard manat icra olunub.
Qeyri-neft daxilolmaları üzrə 2015-ci il üçün 7 milyard, yaxud 107,8 faiz icra edilib. Ümumiyyətlə, qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi büdcədə 41, 6 faiz təşkil edib”.
Nazir həmçinin bildirib ki, hökumət 2015-ci ilin ortalarından qənaət rejiminə keçib:
"Ancaq sosial öhdəliklərin tam icrası təmin olunub. Bəzi lüzumsuz xərclər, investisiya layihələri isə təxirə salınıb. Bunun hesabına xərclərin qənaətinə nail olunub".

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı