Prezident Qazax Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi
19 may, 2016 12:03
Ölkə Prezidenti İlham Əliyev Ayaz Əsgərovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.
ERtv.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Sərəncamda qeyd olunur:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Ayaz Nəriman oğlu Əsgərov Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
Dövlət başçısının digər sərəncamı ilə Ayaz Əsgərov Yardımlı rayonuna icra başçısı təyin edilib.
Qazax rayonuna isə Rəcəb Babaşov icra başçısı təyin olunub.