Xəbərlər

Nazirlik və MTRŞ jurnalistlər üçün yazı müsabiqəsi keçirir
19 may, 2016 11:57

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Mətbuat Şurası ilə birlikdə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

ERtv.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata əsasən müsabiqənin şərtləri bunlardır:

I. Mükafatlandırma

I yer           -        1 nəfər       -        1000 manat

II yer          -        2 nəfər       -        700 manat

III yer        -        3 nəfər       -        500 manat

Həvəsləndirici mükafat – 5 nəfər – 300 manat

II. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi;

Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;

İfadə vasitələrinin zənginliyi;

Oxucu üçün informasiyalılıq dərəcəsi;

Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə.

Müsabiqəyə 2016-cı ilin may ayının 20-dən iyun ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” - qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

Müsabiqəyə yazı təqdim edəcək şəxslərin bank hesabının olması şərtdir.

III.Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Təqdimat zərfində yer almalıdır:

Yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;

Yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

Yazı təqdim edən şəxsin sosial sığorta şəhadətnaməsinin surəti;

Yazı təqdim edən şəxsin bankdakı hesabının rekvizitləri;

Yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);

Yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);

Materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);

Diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

Yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

Müsabiqə üçün yazılar 2016-cı il may ayının 20-dən iyun ayının 20-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Qaliblərin adları iyun ayının sonunda açıqlanacaq.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.