Zinəddin Zidan ötən ayın ən yaxşısı oldu
19 may, 2016 11:55
Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan mükafatla təltif edilib.
ERtv.Az Apasport.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis La Liqada aprel ayının ən yaxşı baş məşqçisi seçilib.
Qeyd edək ki, Zidanın başçılığı ilə “kral klubu” biri “El Klasiko” olmaqla, aprel ayında keçirdiyi 6 oyunun hamısından qalib ayrılıb.
Bu müddətdə komanda 18 qol vurub, öz qapısında isə 4 qol görüb.