“Sevilya” ardıcıl 3-cü dəfə Avroliqanın qalibi oldu
19 may, 2016 11:54
İspan klubu 5-ci dəfə Avropanın ikinci ən nüfuzlu klub turnirini zəfərlə başa vurub.
ERtv.Az xəbər verir ki, UEFA Avropa Liqasının İsveçrənin Bazel şəhərindəki “Sent Yakob-Park” stadionunda baş tutan “Liverpul” – “Sevilya” matçında ispanlar qalib gəliblər.
Oyunun 1-ci hissəsinin 35-ci dəqiqəsində Staricin vurduğu qol “Liverpul”u hesabda önə çıxarıb.
Lakin 2-ci hissədə Qameyro (46) və Kokenin (64, 69) vurduğu qollarla hesabı bərabərləşdirib önə çıxan Sevilya matçı qələbə ilə bitirib.
Bununla da Avroliqada son on ildə 5-ci dəfə finala yüksələn “Sevilya” 3-cü dəfə ardıcıl turnirin qalibi olub.