Xəbərlər

İlham Əliyev: "Mövcud potensialın daha da artırılması üçün yaxşı imkanlar var"
18 may, 2016 12:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ERtv.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini deyən dövlətimizin başçısı Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Prezident İlham Əliyev Dmitri Roqozinin Azərbaycan-Rusiya Hökumətlərarası Birgə Komissiyasının həmsədri kimi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafındakı rolunu xüsusi qiymətləndirdi.

Ölkəmizin Hökumətlərarası Birgə Komissiyadakı fəaliyyətindən danışan dövlətimizin başçısı Azərbaycan tərəfinin də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdırılması üçün səylərini əsirgəmədiyini vurğuladı.

Dünyada müşahidə olunan iqtisadi böhran şəraitində bu istiqamətdə əldə edilmiş nəticələrin kifayət qədər müsbət olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, mövcud potensialın daha da artırılması üçün yaxşı imkanlar var. 

Əməkdaşlığımızın geniş spektrə malik olduğunu və ikitərəfli əlaqələrin bütün sahələrini, o cümlədən xarici siyasət, iqtisadiyyat, sosial, humanitar və digər sahələri əhatə etdiyini vurğulayan dövlətimizin başçısı ticari-iqtisadi əlaqələrin münasibətlərimizin vacib istiqamətlərindən birinə çevrildiyini dedi.

Bu sahədə potensialın gələcəkdə daha da artırılacağına əminliyini bildirən Prezident İlham Əliyev görülən işlərin nəticələrinin nəzərdə keçirilməsi və atılacaq addımların müəyyənləşdirilməsi baxımından bugünkü görüşün əhəmiyyətini qeyd etdi.

Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi, mədəni, təhsil və digər sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclaslarının əməkdaşlığımızın inkişafı baxımından önəmini vurğuladı. 

Görülən işlərə və əldə olunmuş razılaşmalara nəzarət baxımından bu cür görüşlərin yaxşı nəticələr verdiyini qeyd edən Dmitri Roqozin bildirdi ki, hazırda Rusiya və Azərbaycan üçün maraqlı və perspektivli ola biləcək maşınqayırma sahəsinə aid birgə layihə ilə bağlı iki ölkə arasında müzakirələr aparılır.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.