Xəbərlər

SOCAR-la “Uzbekneftegaz” anlaşdılar
18 may, 2016 12:48

SOCAR-la “Uzbekneftegaz” arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

ERtv.Az-ın məumatına görə, memorandum SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Daşkəndə səfəri çərçivəsində baş tutub.

Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə XX Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransının açılışında iştirak edib. 

İyirmi altı ölkədən 200-dən çox şirkətin iştirak etdiyi sərgidə dünyanın nüfuzlu enerji qurumları sırasında SOCAR da təmsil olunur.

SOCAR-dan bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev sərgi çərçivəsində bir sıra rəsmi görüşlər keçirib. 

Tədbirdə iştirak edən Bolqarıstanın Baş naziri Boyko Borisovla görüşdə Daşkəndə Salonikidən gəldiyini bildirən Rövnəq Abdullayev Trans-Adriatik boru kəmərinin (TAP) inşasına başlanılmasının Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında mühüm addım olduğunu söyləyib.

Boyko Borisov TAP layihəsinin əhəmiyyətini vurğulayaraq, səhmdarlara, o cümlədən SOCAR-a uğurlar arzulayıb.

Özbəkistan Baş nazirinin birinci müavini Gulomjon İbragimov və “Uzbekneftegaz” Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanovla keçirilən görüşlərdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi qeyd olunub, enerji sektorunda əlaqələrin genişləndirilməsi perspektivləri, habelə tərəfləri maraqlandıran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Özbəkistan nümayəndələri ilə görüşlərdə SOCAR və “Uzbekneftegaz” şirkətləri arasında potensial əməkdaşlıq imkanları dəyərləndirilib. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə istəklərini bəyan edib və bu istiqamətdə konkret fəaliyyət məsələlərini nəzərdən keçiriblər.

Səfər çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Uzbekneftegaz” Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanov tərəfindən iki şirkət arasında əməkdaşlığın əsasını qoyan Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Memorandum şirkətlər arasında neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi və enerji sektorunun inkişafı üzrə digər potensial əməkdaşlıq sferalarını əhatə edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.