Qaçqın düşərgəsində fahişəxana açdılar
18 may, 2016 12:47
Avropadakı qaçqın düşərgələrində müxtəlif növ cinayətlərin tüğyan etdiyi bildirilir.
ERtv.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Yunanıstanın Makedoniya ilə sərhəddinə yaxın İdomenidəki qaçqın düşərgəsi barəsində ciddi iddialar irəli sürülüb.
Yunanıstan mətbuatında yazılanlara görə, minlərlə insanın yaşadığı qaçqın düşərgəsində mütəşəkkil cinayətkar dəstələr fəaliyyət göstərir.
Qeyd olunur ki, hətta oradakı bir yük vaqonu fahişəxanaya döndərilərək istifadə edilir.
Şimali Afrikadan olan qaçqınların məskunlaşdığı düşərgədə narkotik qaçaqmalçılığının da geniş yayıldığı bildirilir.
Orada yaşayan qaçqınlar isə sərhədlərin açılacağını və onların Avropaya buraxılmasını gözləyirlər.