Türkiyənin Berlindəki səfirliyinin binasını Ərdoğanın şəkilləri ilə “bəzəyiblər”
18 may, 2016 12:46
Almaniyada yerli fəallar Türkiyə prezidentinə yönəlik daha bir həqarətli addım atıblar.
ERtv.Az lenta.ru-ya istinadən xəbər verir ki, Almaniyanın “Pixel Helper” hərəkatının fəalları Türkiyənin Berlindəki səfirliyinin binasında prezident Rəcəb Tayyib Ərdoğanın nasist lider Adolf Hitler obrazında təsviri əks etdiriblər.
Məlumata görə, ideya müəllifləri Türkiyə prezidentini Hitlersayağı bığ və nasist emblemli sarğı ilə göstəriblər və şəklin altında “O qayıtdı” sözlərini yazıblar.
Türkiyə prezidentinin bu təsviri səfirlik binası üzərində kənardan proyektor vasitəsilə translyasiya olunub.
Fəallar bu addımlarını Türkiyədə jurnalistlərə qarşı təzyiqlərə etiraz xarakteri daşıdığını bildiriblər.