Xəbərlər

Nazir müavini: "3 psixonevroloji sosial xidmət müəssisəsində 500 nəfərədək şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin edilir"
18 may, 2016 12:35

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu ilə görüş olub.

ERtv.Az xəbər verir ki, İşçi Qrupunun ölkəmizə səfərində məqsəd digər müvafiq müəssisələrlə yanaşı, ruhi-əsəb əlillərinin və sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı sosial xidmət müəssisələrində vəziyyəti öyrənməkdir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə sosial müdafiə sistemi, onun təkmilləşdirlməsi yönündə görülən işlər barədə məlumat verib. 

Nazir müavini vurğulayıb ki, Azərbaycanda vətəndaşların sosial təminat, habelə sosial xidmətlərdən yararlanmaq hüquqları tam təmin edilməklə, sosial təminat sistemi mütəmadi gücləndirilir. 

Müvafiq kateqoriyalardan olan insanların stasionar və səyyar formada keyfiyyətli sosial xidmətlərlə təmin edilməsi yönündə məqsədyönlü işlər, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə qabaqcıl dünya təcrübəsi əsasında islahatlar aparılır. 

İ.Rəhimov bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ruhi-əsəb əlilləri üçün Bakı şəhərində, Şamaxı və Göygöl rayonlarında yerləşən 3 psixonevroloji sosial xidmət müəssisəsində 500 nəfərədək şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər. 

Həmçinin nazirliyin Bakı şəhərində və Abşeron rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 sosial xidmət müəssisəsində 320 nəfər uşaq hərtərəfli dövlət təminatında yaşayır. Onlar daimi diqqət və qayğı, mehriban münasibətlə əhatə olunublar. 

Görüşdə İşçi Qupuna sosial xidmət müəssisələrindəki mövcud şərait barədə də ətraflı məlumat verilib.

Son illərdə bu müəssisələrdə müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı, hazırda bu istiqamətdə işlərin davam etdirildiyi, həmin müəssisələrdə yaşayan şəxslərin müxtəlif formalarda sosial reabilitasiya tədbirlərinə cəlb edildikləri diqqətə çatdırılıb.

Qeyd olunub ki, sosial xidmət müəssisələrinin sakinlərinin doğma ailə mühitinə qayıtmaqla reabilitasiya olunması işləri də aparılır.

 De-institusionalizasiya məqsədli tədbirlər nəticəsində keçən il və cari ilin ötən dövründə bu müəssisələrdən 117 nəfər, o cümlədən 82 nəfər uşaq ailələrinə qayıdıb. 

Nazirliyin sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən sosial xidmətlərin göstərilməsi üçün icra olunan layihələrdən, günərzi qayğı xidmətlərindən bəhs olunub. 

Bildirilib ki, burada əsas məqsəd sosial xidmətlərin bu xidmətlərə ehtiyac duyan insanlara daha yaxın və əlçatan olmasını təmin etməkdir.

BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupunun rəhbəri Setonci Roland Adjovi verilən məlumatlardan məmnunluğunu bildirib. 

O, respublikamızda ruhi-əsəb əlillərinin, sağlamlıq imkanları məhdud uşaqların dövlət təminatı ilə əhatə olunmasının, onların daimi qayğı mühitində yaşamaları və reabilitasiyası üçün aparılan işlərin təqdirəlayiq olduğunu qeyd edib. 

S.R.Adjovi  sosial xidmət müəssisələrində vəziyyətin öyrənilməsi üçün yaradılacaq şəraitə görə təşəkkürünü ifadə edib. 

O, İşçi Qrupun ölkəmizlə bağlı yekun hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcəyini bildirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.