Xəbərlər

Avropa İttifaqının dəstəyi ilə Bakıda xeyriyyə sərgisi və konserti keçiriləcək
18 may, 2016 12:31

Mayın 19-da Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus”da “Mən danışa bilmirəm. SƏN mənim səsimsən” adlı sərginin açılış mərasimi olacaq.

ERtv.Az xəbər verir ki, sərgi küçə heyvanları mövzusuna həsr olunub.

Sərgi Arts Council Azərbaycan, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi, Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus”la birgə bir qrup rəssamın təşəbbüsü ilə başlayan xeyriyyə tədbirləri çərçivəsində təşkil olunur.

Anar Hüseynzadə və digər rəssamlar öz əsərlərində Bakı küçələrindəki heyvanların vəziyyətini ifadə edirlər.

Mayın 20-də isə "Kapellhaus"da Jazz/Dünya Musiqi konserti olacaq. İstedadlı ifaçı Nərmin Kərimbəyova, (Səs Azərbaycan yarışmasının ulduzu) xarizmatik klassik skripkaçı Aleksandra Vydria və Bakıda yaxşı tanınan pianoçu İlqar Əliyev birgə çıxış edəcəklər.

Yerlərin sayının məhdud olduğundan biletlər yalnız təşkilatçılardan əldə oluna bilər. 

Layihə çərçivəsində Aİ nümayəndəliyi həftə sonu, 21-22 may tarixlərində uşaqlar üçün “Ətrafını kəşf et” rəsm müsabiqəsi keçirir. Bu müsabiqə ictimaiyyət üçün açıqdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.