Rusiya Rio Olimpiadasından kənarlaşdırıla bilər
18 may, 2016 12:28
“Dopinq proqramı” Rusiyanın planetin ən mötəbər idman turnirinə buraxılmasını sual altına salıb.
ERtv.Az lenta.ru-ya istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentiTomas Bax Rusiyanın bu il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına buraxlılmamaq ehtimalından danışıb.
BOK prezidenti bildirib ki, Rusiyaya yönəlik “Dopinq proqramı” ittihamları təsdiqlənərsə, o zaman bu ölkənin Olimpiadada iştirakı mümkün olmayacaq:
“Şübhə olmasın ki, BOK tək ayrı-ayrı idmançıları deyil, onların ətraflarını da məsuliyyətə cəlb edəcək.
Bu çərçivədə idmançıların Olimpiya Oyunlarında iştirakına ömürlük qadağa qoyulması və pul cəriməsi ilə yanaşı, milli federasiyaların da diskvalifikasiyasına qədər qərar qəbul edilə bilər”.
Bildirilir ki, BOK-un Rusiya ilə bağlı qərar veriləcək toplantısı iyunun 17-nə təyin olunub.