Avstriya prezidenti Haynts Fişer Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
ERtv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
“Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə uğurlar, əmin-amanlıq diləyir, Azərbaycan xalqına isə xoşbəxt gələcək arzulayıram”.
***
Koreya prezidenti Pak Kın He də prezidentə məktub ünvablayıb:
“Zati-aliləri, Respublika Günü münasibətilə Sizi və Azərbaycan Respublikasının xalqını ürəkdən təbrik edirəm.
Qarşıdakı illərdə də ölkələrimiz və xalqlarımız arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olacağına və həmçinin əlaqələrimizin möhkəmlənəcəyinə ümidvaram.
Zati-aliləri, xahiş edirəm Sizə möhkəm cansağlığı və dost ölkənizə davamlı firavanlıq arzularımı qəbul edəsiniz”.
***
Niderlandın Kralı Villem-Aleksandr:
“Azərbaycan xalqının Milli Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırır və Azərbaycan xalqına əmin-amanlıq diləyirəm”.
***
İrlandiya Prezidenti Maykl Higgins:
“Respublika Günü münasibətilə İrlandiya xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.