Xəbərlər

Artur Rasizadə: “Gürcüstanla həyata keçirdiyimiz layihələrin əhəmiyyətini yüksək qiymətləndiririk”
16 may, 2016 12:48

Azərbaycanın Baş naziri Artur Rasizadə mayın 16-da Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

ERtv.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, görüşdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Şərq-Qərb enerji dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin inkişaf perspektivləri, investisiya qoyuluşu, ticarət dövriyyəsinin artırılması, energetika, nəqliyyat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş nazir Artur Rasizadə bildirib ki, ölkələrimiz arasında qədim tarixi dostluq əlaqələri var, Azərbaycan bu əlaqələrin inkişafına daim maraq göstərir:

“Eyni zamanda, biz Gürcüstan ilə həyata keçirdiyimiz layihələrin əhəmiyyətini yüksək qiymətləndiririk. 

Bu layihələr həm dövlət müstəqilliyimizin möhkəmlənməsində, həm də iqtisadi əlaqələrimizin güclənməsində, eləcə də beynəlxalq nüfuzumuzun artmasında mühüm rol oynayır”.

Baş nazir Georgi Kvirikaşvili ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına mühüm töhfələr verən “Bakı-Supsa” enerji dəhlizinin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə təbriklərini çatdırıb, Gürcüstanın enerji layihələrinə cəlb olunması, eləcə də qaz və digər problemlərin həllində göstərdiyi diqqət və qayğıya görə Azərbaycana minnətdarlığını bildirib, əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.