Bakıda ilk dəfə “M-1 Challenge 67” döyüş turniri keçiriləcək
16 may, 2016 12:42
Dünyanın məşhur “M-1 Challenge 67” yarışı Bakıda keçiriləcək.
Ertv.Az xəbər verir ki, bu barədə Azərbaycan Qarışıq Döyüş Növləri (MMA) Federasiyasından məlumat verilib.
Federasiyadan bildirilib ki, “M-1 Challenge 67” iyunun 4-ü “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq. On beş ölkədən idmançıların iştirak edəcəyi turnirdə bir-birindən maraqlı 10 döyüşün keçiriləcəyi gözlənilir.
Mötəbər turnirdə Azərbaycanı üç idmançı təmsil edəcək. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir.
Qeyd edək ki, dünyanın 150 ölkəsində canlı yayımlanacaq turnir Azərbaycan paytaxtında ilk dəfə keçirilir.