Xəbərlər

İlham Əliyevdən Oljas Süleymenova: "Qeyri-ordinar ideyalarınız mədəniyyətlərarası dialoqa layiqli töhfə verib"
17 may, 2016 17:30

Azərbaycan Prezidenti İlham Əliyev məşhur qazax yazıçısı Oljas Süleymenova təbrik məktubu ünvanlayıb.

ERtv.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, təbrik mətubunda qeyd olunur:

"Əziz Oljas Süleymenov! 

Sizi – müasir ədəbiyyatın görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 80 illik yubileyiniz münasibətilə təbrik edirəm.

 Sizə səmimi qəlbdən xoşbəxtlik, cansağlığı, uzun ömür və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hələ gənclik illərinizdə Sizə böyük populyarlıq gətirən poetik istedadınız fikrin dərinliyi və poetik dilin bənzərsizliyi ilə həmişə oxucuları cəlb edib. 

Poeziyanıza xas olan gerçəkliyin fəlsəfi qavranışı Sizin nəsrinizdə, publisistikanızda və kino dramaturgiyanızda daha da inkişaf edib.

Bütün Azərbaycan xalqı üçün Siz ilk növbədə 1990-cı ilin Qanlı Yanvar hadisələri dövründə itkilərimizin bütün ağırlığını bizimlə bölüşən və öz ictimai fəaliyyətində Azərbaycan gerçəkliklərini son dərəcə obyektiv işıqlandıran bir insansınız. 

Antinüvə hərəkatında Sizin parlaq vətəndaş mövqeyiniz dünyada nüvə silahı sınaqlarının qadağan edilməsi uğrunda mübarizədə, heç şübhəsiz, öz rolunu oynayıb.

Müxtəlif xalqların tarixinə və ədəbiyyatına yeni yanaşmaların formalaşmasının zəruriliyi barədə Sizin qeyri-ordinar ideyalarınız mədəniyyətlərarası dialoqa layiqli töhfə verib. 

BMT-nin Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçirilən VII Qlobal Forumunda iştirakınız bir daha göstərdi ki, yarım əsrdən artıq müddətdə yaradıcılığınıza nüfuz etmiş mədəniyyətlərin qarşılıqlı mənəvi təsiri və bir-birini zənginləşdirməsi ideyası Sizə əvvəlki kimi yaxındır.

Sizə uğurlar diləyirəm".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.