Oljas Süleymenov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi
17 may, 2016 17:00
Ölkə Prezidenti İlham Əliyev Oljas Süleymenovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
ERtv.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədəbi-ictimai fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği işində böyük xidmətlərinə görə Oljas Süleymenov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.