Xəbərlər

İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb
17 may, 2016 12:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.

ERtv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ABŞ-ın dövlət katibi Con Kerri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin son dövrlər cəbhə xəttində baş verən hadisələrdən narahatlığını ifadə etdi. 

Bu səbəbdən də həmsədr dövlətlərin Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi qənaətinə gəldiklərini vurğulayan Con Kerri bu görüşdə bir sıra məsələlərlə bağlı müəyyən razılığın əldə olunmasının vacibliyinə toxundu.

ABŞ-ın dövlət katibi tərəflərin danışıqlar masası arxasına qayıtmalarını, qarşılıqlı etimad tədbirlərinin və anlaşmanın gücləndirilməsini istədiklərini bildirdi. Qeyd etdi ki, bu yolla danışıqlar prosesinə konstruktiv xarakter verilməli və danışıqlar davam etdirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev bu görüşün təşkilinə görə Amerika Birləşmiş Ştatlarının dövlət katibinə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu məsələlər ətrafında danışıqların davam etdirilməsinə hazır olduğunu vurğuladı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.