Xəbərlər

IDEA uşaqlar üçün növbəti laboratoriya təlimini təşkil edib
17 may, 2016 12:23

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

ERtv.Az xəbər verir ki, mütəmadi olaraq hər ay keçirilən və müxtəlif mövzuları əhatə edən“Uşaqlar üçün laboratoriya”nın may təlimi “yaşıl enerji” mövzusuna həsr olunub.

Belə ki, təlim zamanı uşaqlara elektrik enerjisi, onun əldə olunması, alternativ enerji mənbələri, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılıb, həmçinin “kiçik ekoloqlar"a erkən yaşlardan bildirilməsiva cib olan elektrik təhlükəsizliyi tədbirləri izah edilib.

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində, o cümlədən, müxtəlif ərzaqlardan və meyvələrdən enerjinin alınması prosesində iştirak ediblər.

“Ekolaboratoriya”nın iştirakçıları təlimçilərin köməyi ilə öz elektrik dövrələrini də yaradıblar.

May laboratoriyası uşaqlara ətraf mühitin əsas amillərindən hesab olunan elektrik enerjisi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də enerjiyə qənaətin mühüm əhəmiyyətə malik olmasını kiçik yaşlarından mənimsəmələrinə töhfə verib.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət darəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.