Millət vəkili, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 28 may - Respublika Günü münasibəti ilə "Amnistiya aktı" haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
ERtv.Az xəbər verir ki, bunu Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov parlamentin mayın 17-də keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, parlamentin mayın 20-də keçiriləcək iclasında millət vəkilinin təklifi ilə bağlı "Amnistiya aktı" haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, M. Əliyevanın bu təşəbbüslə çıxışı millət vəkilləri tərəfindən alqışlarla qarşılanıb.
Həmçinin, qeyd edək ki, M. Əliyeva bundan öncə də bir neçə dəfə amnistiya aktı ilə bağlı Milli Məclisə müraciət edib və müraciəti müsbət dəyərləndirilib.