Xəbərlər

Elçinin “Şekspir” pyesinin italyan dilində Avropa premyerası olub
17 may, 2016 12:20

Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar, onun həyat və yaradıcılığına həsr edilmiş qlobal tədbirlər dünyanın bir çox yerlərində keçirilməkdədir.

ERtv.Az xəbər verir ki, 9-26 may tarixlərində İtaliyanın Trani şəhərindəki “Castello Svevo di Trani” qalasında keçirilən “Shakespeare in the Castle” (Şekspir Qalada) adlı festival bu tədbirlərdəndir.
 
Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, festival çərçivəsində 14 və 15 may tarixlərində Azərbaycanın görkəmli yazısı və dramaturqu xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir” pyesi italyan dilində “L`Arte Del Teatro” tərəfindən Avropa premyerası baş tutub.
 
Pyesin quruluşçu rejissoru Patrizia Di Fulvio, festivalın rəhbəri tanınmış rejissor Gianpiero Borgiadır. Əsər italyan dilinə Margherita Cristiana tərəfindən tərcümə edilib.
 
Tamaşada Guido Silveri, Castellano Gianluca, Francesco Persico, Valentina Caiano və digər aktyorlar iştirak ediblər.
 
Tamaşa fərqli quruluşda izləyicilərə təqdim edilib. Belə ki, süjet xətti interaktiv şəkildə nümayiş olunur və seçilmiş məkan olaraq antik qala bütöv şəkildə istifadə edilir. Ənənəvi səhnə-zal formatından kənar, tamaşaçı ilə birbaşa təmasda nümayiş etdirilən bu pyesə böyük maraq göstərilib.
 
Qeyd edək ki, Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə artıq səhnəyə qoyulub.
 
Böyük uğurla keçirilmiş tamaşalar bir daha dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxında tanış olmasına öz töhfəsini verib, İtaliya mədəni aləmində böyük hadisəyə çevrilmiş və İtaliya mətbuatında geniş işıqlandırılıb.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.