Şirvan Apellyasiya Məhkəməsinə sədr təyin olunub
13 may, 2016 12:33
Prezident İlham Əliyev Rəşadət Ağayevin Şirvan Apellyasiya Məhkəməsinə sədr təyin olunması barədə Sərəncam imzalayıb.
ERtv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edilsin”.