SOCAR apreldə büdcəyə 120 milyon manat ödəyib
13 may, 2016 12:30
Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ilin aprel ayı üzrə ödənişləri açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin aprel ayında dövlət büdcəsinə 119 milyon 845 min manat vəsait ödənilib.
Ümumiyyətlə, cari ilin yanvar-aprel aylarında büdcəyə 444 milyon 975 min manat vəsait keçirilib.
Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 138 min manat vəsait köçürüb.
Qeyd edək ki, bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə 1 milyon 230 min manat və ya 110,3 faiz çox olub.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 45 milyon 108 min manat təşkil edib.