Xəbərlər

Gəndob-Rusiya sərhədi avtomobil yolu yenidən qurulur
13 may, 2016 12:30

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 133-192-ci kilometrlik hissəsinin (Gəndob-Rusiya sərhədi) yenidən qurulması işlərinə star verilib.

ERtv.Az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, I texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 59,5 km, hər istiqamət üzrə 2 olmaqla hərəkət zolaqlarının sayı 4 ( 2 x 2 ), ayrıcı zolağının eni 5 m, örtüyün tipi asfalt-betondur.
 
Layihə üzrə yol yatağının eni 28 m, hərəkət zolaqlarının eni 3,75 m olmaqla hərəkət hissəsinin eni isə bir istiqamət üzrə 7,5 m ( 2 x 7,5 m ), çiyinlərin eni 3,75 ( 2x 3,75 m ) olacaq. Yolda hesabi sürət 120 km/saat nəzərdə tutulub.
 
Layihədə 23 ədəd olmaqla 4 ədəd müxtəlif səviyyəli böyük yol ötürücüləri, 4 ədəd müxtəlif səviyyəli kiçik yol ötürücüləri, 15 ədəd körpülərin, beynəlxalq qaz və neft boruları üzərində yük ötürücü 7 ədəd qurğunun, kəndlərarası düzbucaqlı qurğu ilə 27 ədəd yol keçidinin, 313 yerdə müxtəlif diametrlərdə suötürücü borular və digər dəmir-beton qurğuların tikintisi, elektrik, rabitə, su və qaz xətlərinin köçürülməsi nəzərdə tutulub.
 
Hazırda sözügedən avtomobil yolunda torpaq işləri görülür, yol yatağı və yol əsası tikilir, bundan başqa su və yeraltı keçidlərin, körpülərin inşası aparılır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.