Xəbərlər

Azərbaycanlı aktrisa X Beynəlxalq Yay Teatr Məktəbində
13 may, 2016 12:26

Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək.

Gün.Az xəbər verir ki, Rusiyanın Teatr Xadimləri İttifaqının və Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbi bu ilin iyun ayının 1-dən – 28-dək Zveniqorod şəhərində baş tutacaq.

Hər il dünyanın bir çox ölkəsindən olan 90-a yaxın peşəkar gəncin təlimi həyata keçirilən yay məktəbində bu dəfə də ABŞ,  Böyük Britaniya, Almaniya, Azərbaycan, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə dünyanın 28 ölkəsindən 87 nümayəndənin iştirakı nəzərdə tutulur.

Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri, treninqlər, Rusiya və digər xarici ölkə teatr xadimləri ilə yaradıcılıq görüşləri də təşkil ediləcək. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, Rusiyanın xalqartisti Aleksandr Kalyagin, eləcə də, digər peşəkar rus teatr xadimlərinin rəhbərliyi ilə baş tutacaq. 

Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri hazırlayacaqlar. 

Start götürdüyü gündən yaxşı mənada bir çox dəyişikliklərə məruz qalan, iştirakçı coğrafiyasını genişləndirən Rusiyanın Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi dəyişməz olaraq qalıb. Məqsəd müxtəlif ölkə və kontinentlərdən olan ən yaxşı aktyorları bir yerə toplayaraq qarşılıqlı yaradıcılıq mübadilələri həyata keçirmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsinə nail olmaqla, peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 900-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiyanın Teatr Xadimləri İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki gənc aktyoru – Günel Məmmədova və Eşqin Quliyev 1 ay müddətində sözügedən məktəbdə iştirak ediblər.

Aytən

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.