Azərbaycan prezidenti İsrail Dövlətinin başçısına təbrik edib
12 may, 2016 13:09
Azərbaycan prezidenti İlham Əliyev İsrail Dövlətinin prezidenti Reuven Rivlinə təbrik məktubu göndərib.
ERtv.Az Azərtac-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
“İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, ölkələrimiz arasında daim genişlənən dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah diləyirəm”.