Avropa Yenidənqurma və İnkişaf Bankı: "2017-ci ildə Azərbaycanda ÜDM istehsalı 1 faiz artacaq"
12 may, 2016 13:06
Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) proqnozlarına əsasən, 2016-cı ildə ÜDM istehsalı 3% azalacaq.
ERtv.Az "APA-Economics"ə istinadən xəbər verir ki, 2015-ci ilin noyabr ayında EBRD 2016-ci ildə bu göstəricinin 2,5% artacağını proqnozlaşdırıb.
Bankın yenilənmiş proqnozuna əsasən, 2017-ci ildə Azərbaycanda ÜDM istehsalı 1% artacaq.