İqtisadiyyat Nazirliyi: "1334 dərman vasitəsinin yeni qiymətləri gələn aydan qüvvəyə minəcək"
12 may, 2016 13:03
Azərbaycanda 10 mindən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıbki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən həmin dərman vasitələrindən 7 min 75-nin qiyməti təsdiq edilib.
Bunlardan 5 min 741-nin qiymətləri qüvvəyə minmiş və hazırda apteklərdə onların satışı təsdiq edilmiş qiymətlərlə həyata keçirilir.
ERtv.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyun ayının 1-dən qüvvəyə minəcək.
Həmçinin, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsi iyun ayının sonunadək başa çatdırılacaq.
Eyni zamanda, təsdiq olunmuş qiymətləri qüvvəyə minmiş dərman vasitələri ölkə ərazisində bütün apteklərdə tənzimlənmiş qiymətlərlə satılmalıdır.