Dünyanın ən böyük təyyarəsi yola çıxdı
11 may, 2016 15:23
Ən böyük nəqliyyat təyyarəsi An-225 “Mriya” Avstraliyaya ilk kommersiya reysinə uçub.
ERtv.Az Milli.az-a istinadən xəbər verir ki, təyyarə Kiyev-Praqa-Türkmənbaşı-Heydərabad-Cakarta-Pert marşrutu ilə uçur.
Ukraynadakı “Antonov” dövlət müəssisəsindən verilən məlumata görə, An-225 “Mriya”nın ağırlığı 640 tondur və o, həm də dünyanın ən ağır təyyarəsi sayılır.
Uzunluğu 84 metr olan təyyarənin qanadlarının uzunluğu 88 metrdir. 6 mühərrikli A-225 təyyarəsi 10 tankı daşıya bilir.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatındakı Mohava aerokosmik limanında “Scaled Composites” şirkəti hazırda dünyanın ən ağır və böyük nəqliyyat təyyarəsi olacaq “Stratolaunch”ı inşa etməkdədir.