Vergilər naziri: “Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır?”
10 may, 2016 11:30
Vergilər naziri Fazil Məmmədov ticarət şəbəkələrinin (supermarket) əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib.
ERtv.Az-ın “APA-Economics”ə istinadən xəbərinə görə, nazir deyib ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz.
“Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2% marketlərdə satılır. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz”- nazir deyib.