ABŞ-ın Respublikaçılar partiyasınından prezidentliyə namizəd Donald Tramp seçiləcəyi təqdirdə yeni London meri Sadiq Xanın Birləşmiş Ştatlara səfər edə biləcəyini deyib.
ERtv.Az BBC-yə istinadən xəbər verir ki, Tramp hər zaman istisnaların olduğunu vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Tramp müsəlmanların ABŞ-a buraxılmamasına çağırıb. Onun sözlərinə görə, Londonda radikalizmin səviyyəsi yüksək olan elə yerlər var ki, orada polislər belə öz həyatları üçün qorxurlar.
Pakistan əsilli London meri Xan isə deyilənləri təkzib edib. Onun sözlərinə görə, dini inancları Trampın prezident seçiləcəyi təqdirdə onun ABŞ-ı ziyarət etməsini qadağan edir.
Onu da xatırladaq ki, milyader namizədin Böyük Britaniyaya daxil olmasını qadağan edən petisiya başlanılıb. Bir neçə saat ərzində 100 min imza toplansa da parlamentarilər ideyanı dəstəkləməyib.