Opera və Balet Teatrının solistləri Qırğızıstanda qastrol səfərində olacaq
10 may, 2016 10:23
Opera və Balet Teatrının gənc dirijoru Əyyub Quliyev və teatrın solistləri, əməkdar artistlər Fərid Əliyev və İlahə Əfəndiyeva oktyabrın 12-dən 16-na kimi olan müddətdə Qırğızıstanda qastrol səfərində olacaqlar.
Teatrın mətbuat xidmətindən Gün.Az-a verilən məlumata əsasən, onlar oktyabrın 16-da Bişkekdə T.Satılqanova adına Qırğızıstan Milli Filarmoniyasında keçiriləcək möhtəşəm qala konsertdə çıxış edəcəklər.
Türkdilli ölkələr və MDB-dən dəvət olunmuş ən yaxşı sənətçilərin iştirakı ilə baş tutacaq konsertdə Azərbaycanı təmsil edəcək Ə.Quliyev, F.Əliyev və İ.Əfəndiyeva klassik dünya bəstəkarları ilə yanaşı, həm də milli musiqi və vokal sənətimizdən nümunələr ifa edəcəklər.