Goranboyda xəstəxana tikintisi üçün 1 milyon manat ayrıldı – Sərəncam
06 may, 2016 12:56
Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq aşağıdakıları qərara alıb:
“1. Goranboy şəhərində Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.