Apreldə oynamayan millimiz reytinqdə bir pillə irəlilədi
05 may, 2016 12:48
Siyahıda dünyanın 209 yığması yer alıb.
Sonuncu dəfə aprelin 7-də dərc olunan cədvəldən sonrakı 28 gündə yığma səviyyəsində çox az oyun keçirildiyi üçün siyahıda ciddi dəyişiklik olmayıb.
Aprel ayında heç bir oyuna çıxmayan Azərbaycan yığmasının xal hesabı dəyişməsə də, reytinqdə 1 pillə irəliləyiş olub.
Komandamız 269 xalla 133-cü pillədə qərarlaşıb. Ötən ay 134-cü olan komandamızın bu irəliləyişinin səbəbi Küveytin 14 pillə geriləməsidir. Asiyalılar 126-cı yerdən 140-cı pilləyə yuvarlanıb. Yığmamız 28 gün əvvəl olduğu kimi yenə mövqeyini Svazilendlə bölüşür.
Dünyanın ən güclü 10 komandasının mövqeyində də isə heç bir dəyişiklik olmayıb.
İlk “onluq”
1 (1). Argentina – 1532
2 (2). Belçika – 1364
3 (3). Çili – 1353
4 (4). Kolumbiya – 1337
5 (5). Almaniya – 1309
6 (6). İspaniya - 1277
7 (7). Braziliya – 1261
8 (8). Portuqaliya – 1184
9 (9). Uruqvay - 1158
10 (10). İngiltərə - 1069
Qeyd edək ki, qonşu Türkiyə yığması 13-cü yerdə qərarlaşıb. Mövqeyi dəyişməyən “ay-ulduzlular” 983 xala malikdir.