İspaniya mətbuatı “Qarabağ”ın çempionluğundan yazıb
03 may, 2016 11:46
Yazıda “Qarabağ”ın oyunçusu, İspaniyanın Kanar adalarından olan Dani Kintananın Azərbaycan çempionu olması xüsusi uğur kimi qeyd edilib.
Məqalədə deyilir ki, “Zirə” klubunu 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın çempionluğunu rəsmiləşdirdiyi matçda Dani Kintana da bir qol vurub. Eyni zamanda, onun uğurlu çıxışı qabardılaraq çempionatın ən yaxşı bombardirlərindən olması vurğulanır.
Yazıda o da bildirilir ki, “Qarabağ” komandasının bu il Azərbaycan Kubokuna sahib olmaq şansları da qalmaqdadır.