“AF Mediya”–Azərbaycan şirkətinin təqdim etdiyi “Annemin yarası”filmini rejissor Ozan Açıktan dram janrında çəkib. Filmin yaş həddi 14-dən yuxarıdır.
Filmdə baş rolları Ozan Güven, Meryem Üzerli, Belçim Bilgin, Okan Yalabık ve Bora Akkaş ifa ediblər.
Rejissor İlqar Safatın psixoloji dram janrında çəkdiyi “İçərişəhər” filmi gənc qızın Qarabağ müharibəsi veteranı ilə sevgisindən bəhs edir.
Filmin quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Rollarda aktyorlar Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, Təhminə Rafaella, İnna İmranova, Anar Xəlilov, Leyla Axundova, Zemfira Ağabəyova, Murad Yegizarov və Murad Məmmədov çəkiliblər.
Honkonq, Kanada və ABŞ istehsalı olan 3D formatda çəkilmiş “Retçet və Klank: qalaktika döyüşçüləri” animasiya filmini T.C. Fiksmanın ssenarisi əsasında rejissor Kevin Manro komediya, fantastika, döyüş və məcara janrında çəkib. Yaş həddi 6-dan yuxarıdır.
Baş rollarda Ceyms Arnold Teylor, Devid Key, Cim Uord, Rozario Douson, Pol Camatti, Con Qudman, Mark Qraye, Alessandro Culiani, Armin Şimerman, Silvestr Stallonedir.
Filmlər haqqında əlavə məlumatı “Nizami” Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz (https://www.facebook.com/NizamiCinema?rf=hl).
Aytən