Rusiyada polis rəisini və ailəsini qətlə yetirlən daha bir şübhəli həbs edilib
04 may, 2016 13:28
Həmin şəxs Düşənbədən Moskvaya uçub.
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib ki, Tacikistan DİN müəyyən edib ki, şübhəli şəxs Düşənbədən Moskvaya getməyi planlaşdırıb. Onun Rusiyaya hansı səbəbə qayıtması hələlik müəyyən edilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Qoşt və onun ailə üzvlərinin ölümündə şübhəli bilinən üç azərbaycanlı barəsində məhkəmə iki aylıq həbs qərarı çıxarıb.
Onlar Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğludur. İlkin ifadələrində qətli qarət məqsədilə törətdiklərini etiraf ediblər.
Keçmiş polis rəisi A. Qoşt və 5 ailə üzvü (polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri) Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb.
Öldürülənlərin meyitləri aprelin 24-də səhər aşkar olunub.
Daha bir nəfər, bandanın rəhbəri Məhmədəli Ahmalov barəsində axtarış elan edilib.
Pərvanə Sultanova