Ramiz Həsənov: “Sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasından bir sıra sahibkarlar sui-istifadə edir”
05 may, 2016 13:07
Bu barədə jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, təbii ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması sahibkarlığın inkişafına ciddi təkan verir.
Komitə sədri bildirib ki, amma bundan sui-istifadə edənlər də az deyil.
“Sözsüz ki, bizim qurumun qarşısında duran vəzifələri biz icra edirik. İstehlak bazarında apardığımız monitorinqlər nəticəsində yararsız məhsullar aşkarlanırsa, biz istehsalçı müəssisəyə getmədən, müvafiq tələbnamə göndərməklə lazımi tədbir görürük.
Tələbnamə icra olunmadıqda, müvafiq sənədlər toplanılaraq prokurorluq orqanlarına təqdim olunur” - deyə, R.Həsənov daha sonra qeyd edib.