Xəbərlər

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclasında nədən danışıldı?
04 may, 2016 13:40

Azərbaycanı tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “ADY Express” MMC-nin direktoru Azad Qasımov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorunun müavini Vahid Əliyev və digər rəsmi şəxslər təmsil ediblər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən bildirilib ki, iclasda “Qazaxıstan Dəmir Yolları” SC-nin logistika üzrə icraçı direktor Arman Sultanovun, “Ukrayna Dəmir Yolları” İSC-nin kommersiya departamentinin rəisi Yuri Merkulovun başçılıq etdiyi nümayəndə heyətləri, “Gürcüstan Dəmir Yolları” SC-nin yükdaşımalar üzrə direktoru Aleksi Nikolaişvili, Aktau və Batumi limanlarının və Gürcüstanın “Trans Caucasus Terminals” şirkətinin rəhbərliyi iştirak edib.

Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda rəqabətə davamlı tariflərin tətbiq olunmasını və Dostık/Altıngöl-Aktau-Bakı (Ələt)-Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarını müzakirə ediblər.

Eyni zamanda iclasda, aprel ayında yaradılan Beynəlxalq Transxəzər Nəqliyyat konsorsiumunun iş planı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun koordinasiya komitəsinin iclasının gündəliyi və digər məsələlər diqqət mərkəzində olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.