Əli Məsimli: "Kredit problemi ilə bağlı hazırladığımız təkliflər paketini 3 ünvana göndərmişik"
02 may, 2016 12:54
Bunu millət vəkili Əli Məsimli dilə gətirib.
Onun sözlərinə görə, yaranmış qeyri-müəyyənliklərlə bağlı əhali ilə yanaşı, bankların da xeyli hissəsi ağır duruma düşüb.
"Problemin həlli bundan sonra da uzansa, həmin uzanan zamana proporsional surətdə həm narazılıq artacaq, həm əhalinin,həm də bankların vəziyyəti daha da pisləşəcək.
Bu isə bütövlükdə iqtisadiyyatımız üçün əlavə ciddi problemlər yaradacaq.
Bunu nəzərə alaraq biz, aprelin 29-da deputat həmkarım Vahid Əhmədovla birlikdə bir sıra mütəxəssislərin də fikirlərini əlavə etməklə hazırladığımız təkliflər paketini 3 ünvana - Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndərmişik" - deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.