Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru işdən çıxarıldı – Sərəncam
05 may, 2016 17:19
Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Yusif Məmmədovun vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
ERtv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yusif Əbülfət oğlu Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsindən azad edilsin”.