Xəbərlər

Bakının 8-ci Kilometr qəsəbəsində çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib
04 may, 2016 17:18

Mayın 4-də Bakının 8-ci Kilometr qəsəbəsindəki Qara Qarayev prospekti ilə Naxçıvani küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib.

ERtv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dayanacağın rəmzi açılışını bildirən lenti kəsib.

Avtodayanacaqla tanış olan dövlətimizin başçısı İlham Əliyevə məlumat verilib ki, ümumi sahəsi 16 min 286 kvadratmetr olan avtodayanacağın yuxarı mərtəbəsi restoran kimi fəaliyyət göstərəcək. 

Buradan Heydər bağına gözəl mənzərə açılır. 

Bildirilib ki, dayanacaqda 391 avtomobili eyni vaxtda parklamaq mümkündür.

 Avtodayanacaq naviqasiya, avtomat yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

Paytaxtın 8-ci Kilometr qəsəbəsinin ən qaynar və hərəkətin intensiv olduğu ərazisində tikilən avtodayanacaq yol kənarlarının boşalmasına geniş imkan yaradacaq. 

Bununla da ərazidə avtomobil tıxacları aradan qaldırılacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.