Xəbərlər

Azərbaycan Avropa İttifaqı ilə Aviasiya sazişi üzrə danışıqları bərpa etmək üzərində işləyir
05 may, 2016 17:14

“Azərbaycan Avropa İttifaqı ilə birgə Aviasiya sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir.

ERtv.Az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu xarici İşlər Naziri Elmar Məmmədyarov Viseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanın çoxtərəfli əməkdaşlığa töhfəsi trans-regional neft və qaz infrastruktur layihələri ilə məhdudlaşmır:

“Bu ilin sonuna qədər təhvil verilməsi gözlənilən Bakı-Tbilis-Qars dəmiryolu layihəsi bərpa edilən qədim İpək Yolunun ayrılmaz komponenti kimi qəbul edilir. Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam realliğa çevrilməsi sözügedən dəmiryolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaq.

Bu, artıq Aİ ilə nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük mərkəz rolunu oynayır. Azərbaycan həm də Aİ ilə birgə Aviasiya sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir”.

Nazir energetika sahəsində əməkdaşlığa toxunaraq qeyd edib ki, Cənub Qaz Dəhlizi bu xüsusda Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzv dövlətləri və namizəd ölkələrdən müxtəlif pay sahiblərinin daxil olduğu unikal bir layihədir: “Bu yaxınlarda Bakıda keçirilmiş, Federika Moqerini və Maros Sefcovicin iştirak etdiyi Məşvərət Şurasının 2-ci nazirlər görüşü bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik mesajını çatdırdı.

17 may tarixində Yunanıstanın Thessaloniki şəhərində təşkil olunacaq TAP-ın təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoyacaq.

Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaqdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.