Xəbərlər

Əhməd Davudoğlu rəsmən bəyan etdi: "Gedirəm"
05 may, 2016 17:09

Türkiyənin baş naziri Əhməd Davudoğlu AKP-nin toplantısında vida çıxışı kimi nitq söyləyib.

ERtv.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəzi İdarə Heyətinin toplantısında çıxış edən baş nazir Əhməd Davudoğlu bu vəzifəsindən və AKP sədrliyindən gedəcəyini təsdiqləyib.

Ə.Davudoğlu çalışdığı bütün vəzifələrdə dövlətə və millətə sədaqətlə xidmət etməyə çalışdığını deyib:

 “Qurucu liderimiz hörmətli Rəcəb Tayyib Ərdoğandan müqəddəs əmanəti qəbul etdim. Canla-başla işlədiyimi düşünürəm”.

O, R.T.Ərdoğan kimi xarizmatik liderdən sonra hökumətə və AKP-yə rəhbərlik etməyin çətin olduğunu bildirib:

“Qarşımdakı əsas vəzifə xarizmatik bir liderdən sonra AKP-nin gələcəyə hazırlanması idi. Keçmiş göstərib ki, xarizmatik liderlərdən sonra bir boşluq yaranır.

Mənim hədəfim AKP-nin birliyinin, bərabərliyinin qorunması olub. Mənim AKP-yə sədrliyim dövründə partiyadan bir istefa belə verilməyib.

İkinci hədəfim ölkəni sabitliklə seçkiyə aparmaqdı. Üçüncü olaraq,  terror olayları vardı. Həm bu olayların öhdəsindən gəlmək, yaraları sağaltmaq, həm də miqyaslı təhlükəsizlik tədbirlərini həyata keçirmək lazım idi.

Dördüncü hədəfim  bütün investisiyaların problemsiz icrası və davam etməsi şəraitində iqtisadi yüksəlişi təmin etməkdi”.

Ə.Davudoğlu baş nazirliyi dönəmində xalqa verdiyi vədləri 4 il deyil, 3 ay ərzində yeriə yetirdiyini bildirib.

O, çıxışında bir əmanət aldığını, amma baş nazir vəzifəsinin də haqqını verdiyini bəyan edib.

Bütün bunlardan sonra AKP-nin mayın 22-nə təyin olunmuş fövqəladə qurultayında partiya sədrliyinə namizəd olmayacağını bəyan edən Ə.Davudoğlu bu qərarının qəbul olunmasında hər hansı uğursuzluğunun rolu olmadığını deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.