Xəbərlər

Azərbaycan universitetləri niyə geriləyir? – Ekspertlər təhsilin keyfiyyətindən narahatdır
05 may, 2016 10:04
 “The Times Higher Education” tərəfindən dünya universitetlərinin yeni reytinq siyahısı açıqlanıb.
 
71 ölkənin 800 universitetinin yer aldığı siyahı universitetlərin 2015-2016-ci tədris illərində əldə etdiyi nəticələrə əsasən hazırlanıb. “The Times Higher Education” bu siyahını hazırlayarkən 4 əsas kriteriyaya – universitetlərin tədris metodu, araşdırma, məlumat mübadiləsi və beynəlxalq əlaqələrinə əsaslanıb.
 
Bu kriteriyalara əsasən ən yaxşı universitet ABŞ-ın “Kaliforniya Texnologiya Universiteti” seçilib. İkinci pillədə İngiltərənin “Oksford”, üçüncü pillədə isə ABŞ-ın “Stenford Universiteti” qərarlaşıb.
 
Ümumiyyətlə, siyahının nəinki ilk onluğunda, hətta yüzlüyündə də ABŞ və İngiltərə universitetlərinin böyük üstünlüyü nəzərə çarpır. Avropa, Asiya və Amerikanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə bəzi zəif inkişaf etmiş ölkələr də bu siyahıda ən az 1 universitetlə təmsil olunub.
 
Banqladeş, Qana, İordaniya, Livan, Makau, Slovakiya, Tayvan və Uqanda kimi az inkişaf etməkdə olan, sosial-iqtisadi inkişafı zəif olan və müharibələrdən əziyyət çəkən ölkələrin belə universitetləri bu siyahıda yer alıb. Çox maraqlıdır ki, bundan öncəki illərdə Xəzər Universiteti, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti ilə siyahıda yer alan Azərbaycanın bu il heç bir universiteti 800 universitet sırasına daxil ola bilməyib. Bəs bu geriləmənin səbəbi nədir? Universitet təhsilində niyə istənilən keyfiyyətə nail ola bilmirik? 1-2 il bundan öncə universitetlərimiz siyahıda vardı, indi isə yox. İnkişaf əvəzinə niyə geriyə gedirik?
 
Təhsil eksperti Nadir İsrafilov Gün.Az-a açıqlamasında yuxarıda qeyd edilənləri bir neçə faktorla əlaqələndirib.
 
O bildirib ki, uzun illər Azərbaycanda ali təhsil ocaqları institut – yəni peşə ixtisas yönümlü kadr yetişdirməklə məşğul olub və universitet sisteminə son illərdə keçid olub:
 
“Keçid gec baş tutduğu üçün təhsilin müasir metodlarını tətbiq etmək prosesi zəif gedib. Buna görə də inkişaf etmiş ölkələrlə müqayisədə geridə qaldıq”.
 
N.İsrafilov deyir ki, bir çox ölkənin özünün təhsil modeli olduğu və təhsilə müstəqil yanaşma metodları olduğu üçün həmin ölkələrin universitetləri də çox inkişaf edib:
 
“Çox təəssüf ki, Azərbaycan hələlik özünün təhsil modelini yaratmayıb. Başqa ölkələrin təhsil modellərindən yararlanmaq olar, amma özümüzün yaratdığımız model olmalıdır. Biz başqa modelləri də hələlik tam tətbiq edə bilməmişik. Məsələn, bir neçə universitetimiz Boloniya prosesinə qoşulsa da, onu tam olaraq həyata keçirə bilmirlər. Sadəcə kredit məsələsinə üstünlük verirlər. Boloniya prosesinin digər faydalarından bəhrələnmirlər”.
 
Ekspert sözlərinə əlavə edib ki, Azərbaycan universitetləri müasir tələblərə uyğun olan təhsil modellərini tətbiq etməli, maddi-texniki bazasını yüksəltməli, təcrübəli və savadlı müəllimləri cəlb etməli, kampuslar yaratmalıdırlar:
 
“Amma bütün bunlarla yanaşı təhsilin keyfiyyəti yüksəldilməlidir”.
 
Fərid Ədalət
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.