Xəbərlər

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 5 milyondan çox istifadə edilib
04 may, 2016 17:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işəgötürənlər və işçilər arasında əmək münasibətlərinin hüquqi əsaslarını özündə əhatə edir.

ERtv.Az sözügedən nazirliyə istinadən xəbər verir ki,  sosial-iqtisadi münasibətlər sisteminin vacib elementi kimi formalaşmış bu sistemdən istifadə statistikası cari ilin aprel ayında əvvəlki mart ayı ilə müqayisədə 15 faiz artaraq 198 min 392-yə çatıb.

Onlardan 185 min 6-sını “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə müraciətlər təşkil edib. 

Bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi müvafiq bildiriş formasında “Elektron Hökumət” portalındakı (www.e-gov.az) bu e-xidmət vasitəsilə elektron qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. 

Sistemdən istifadə hallarının 133 min 86-sı isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə yönəlib. 

Hər bir işçi “E- Hökumət” portalına daxil olaraq, həmin e-xidməti seçməklə onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etmək imkanına malikdir. 

2014-cü ilin iyulun 1-dən tətbiq olunan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən cari ilin 01 may tarixinədək 5 milyon 232 min  218 dəfə istifadə edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.